Ermənilər işğal etdikləri ərazilərdə 927 kitabxananı dağıdıb, 4,6 milyon nüsxə kitab və qiymətli əlyazma məhv edilib
30 Noyabr 2015 11:27 Siyasət"İşğal olunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən 927 kitabxana dağıdılıb". APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqlarının Agentliyinin sədri Kamran İmanov Bakıda keçirilən "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminarda çıxışında deyib. O bildirib ki, dağıdılan 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar da erməni işğalçıları tərəfindən məhv edilib. K. İmanov qeyd edib ki, Azərbaycanın Əqli Mülkiyyət Hüquqları tapdalanıb: "Mədəniyyət məfhumu işğalçılara yaddır. Erməni işğalçıları maddi və qeyri-maddi irsimizə təcavüz ediblər. Azərbaycanın mədəni irsi xüsusi qəddarlıqla talan edilməkdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00