Elmar Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş dekabr 1-2-də NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq. E. Məmmədyarov tədbir çərçivəsində NATO-nun Əfqanıstana dair "Qətiyyətli dəstək" missiyasının xarici işlər nazirlərinin toplantısına qatılacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00