Lukaşenko: "Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırıq"
28 Noyabr 2015 15:36 Siyasət"Belarusun ictimai-siyasi stabilliyi onun uğurlarının başlıca göstəricisidir."APA-nın xəbərinə görə, "belta.by" saytına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə geniş formatda keçirilən görüşdə bildirib. "Belarusda mövcud olan ictimai-siyasi stabillik uğurların əsas göstəricisidir və bu uğurların davam edəcəyini göstərən əsas təminatdır," - deyə o, əlavə edib.Aleksandr Lukaşenko isə neft-kimya, enerji və kənd təsərrüfatı sahələrində korporativ imkanların nəzərdə keçirilməsini təklif edib. O, informasiya texnologiyaları və informasiyanın qorunmasının da müasir dövrdə aktuallıq kəsb etdiyini söyləyib: "Biz dostluğumuzu yüksək qiymətləndiririk. Sizə sərfəlidirsə, biz Avrasiya İqtisadi İttifaqında sizin maraqlarınızın təmin olunmasına kömək etməyə də hazırıq".