Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gəlib - FOTO
28 Noyabr 2015 07:52 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər.
Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00