AŞPA Daimi Komitəsi parlament seçkilərinin demokratik keçdiyini bildirib

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclası keçirilib. Bu barədə "OLAYLAR"-a məlumat verən AŞPA Daimi Komitəsinin iştirakçısı, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, iclasda noyabrın 1-də Azərbaycanda və Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri müzakirə edilib: "AŞPA Daimi Komitəsinin hazırladığı hesabatda Azərbaycanda keçirilən Milli Məclisə seçkilərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq, demokratik şəraitdə keçdiyi qeyd edilib. Daimi Komitə bundan sonra da Seçki Qanunvericiliyinin təkmilləşdirilməsini və Venesiya Komissiyasının tələblərinə uyğunlaşdırılmasını istəyib. Hesabatın sonunda isə həbs olunmuş hüquq müdafiəçiləri ilə bağlı narahatlıq da ifadə olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00