Türkiyənin xarici işlər naziri artıq Bakıdadır

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.

Türkiyə XİN rəhbərinin Bakıda xarici İşlər naziri Elmar Məmmədyarov, baş nazir Artur Rasi-zadə ilə görüşlər keçirəcəyi gözlənilir.

Eyni zamanda, M.Çavuşoğlu Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Bu, Mövlüd Çavuşoğlunun yeni hökumətin tərkibində ilk xarici səfəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00