Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edirlər

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb. Trend-in məlumatına gprə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər. Tədbir "Qurani-Kərim"dən ayənin oxunması ilə başlayıb. Dövlətimizin başçısı sessiyanın açılışında çıxış edib. Prezident İlham Əliyev onun Sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin "Dostluq" ordeni ilə təltif olunduğunu bildirib və yüksək dövlət mükafatını ona təqdim edib. ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq" mükafatı təqdim edilib. Daha sonra birgə foto çəkdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00