Türkiyənin xarici işlər naziri bu axşam Bakıya gəlir
26 Noyabr 2015 10:17 SiyasətTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlir.
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu gün axşam başlayacaq və sabah davam edəcək.
Səfər zamanı nazir prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.
O həmçinin Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edəcək.
Xatırladaq ki, bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00