İlham Əliyev 7 səfiri geri çağırdı - sərəncam

Həsən Zeynalov Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu və eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

***
Azərbaycan prezidenti İlham Əliyev Tofiq Zülfüqarovun ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Elxan Qəhrəmanov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri postundan, Məmməd Əhmədzadə ölkəmizin Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında səfiri vəzifəsindən, Vəhdət Sultan-zadə ölkəmizin Türkmənistanda və eyni zamanda Əfqanıstandakı səfiri vəzifəsindən, Zakir Həşimov isə Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırılıb.

***

Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. APA-nın xəbərinə görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00