Konstitusiya Məhkəməsi seçkilərlə bağlı qərarını verdi
24 Noyabr 2015 11:01 SiyasətBu gün Konstitusiya Məhkəməsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirib. Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsi iclasda seçkilərin yekun nəticələrini təsdiq edib.
***
2015-ci il noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir. Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan edib. Məhkəmə heyəti və katibi təqdim edildikdən sonra iclasda məruzəçi hakimin seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumatı dinlənilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasda keçirilən dinləmələrdən sonra bildirib ki, Məhkəmənin hakimləri Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb qərar qəbul etmək üçün müşavirə otağına getməlidir. Beləliklə, iclasda fasilə elan edilib və hakimlər Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb və qərar qəbul etmək üçün müşavirə otağına gediblər.
***
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası başlayıb. APA-nın məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2015-cu il noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır. Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.