Ermənilər sərhəd rayonlarımızı susuz qoyublar

Məsələ AŞ PA-da müzakirə ediləcək

Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər ediblər. MM-dən verilən məlumata görə, tədbirdə insan hüquqları ilə bağlı etik məsələlər, sosial hüquqlar üzrə illik məruzənin dərc edilməsi, Avropada yol təhlükəsizliyi və ictimai sağlamlığın prioritetləri, qeyri-ənənəvi karbohidrogenlərin kəşfiyyatı və istismarı mövzuları ətrafında müzakirələr nəzərdə tutulur. Komitə iclasında, həmçinin, Azərbaycanın sərhəd rayonları sakinlərinin ermənilər tərəfindən qəsdən sudan məhrum edilməsi məsələsinə də baxılacaq. Səfər noyabrın 24-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00