ATƏT PA prezidenti ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb
19 Noyabr 2015 18:40 SiyasətATƏT Parlament Assambleyasının prezidenti İlka Kanevra ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb. APA-nın məlumatına görə, bu barədə o, ATƏT Daimi Şurasının iclasında çıxışında deyib. İ. Kanerva bildirib ki, ATƏT yerlərdə daha çox nümayəndəlik açmalıdır: "ATƏT-in yerlərdə çoxillik büdcə və mandatı olan daha çox nümayəndəliyinin olmasına ehtiyac var. "Mən və mənim həmkarlarım ATƏT-i Azərbaycan və Gürcüstanda nümayəndəliklərini yenidən açmağa çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00