Ceyms Uorlik: "Azərbaycanın erməni əsgəri geri qaytarmasını alqışlayırıq"
19 Noyabr 2015 18:37 Siyasət"Biz Azərbaycanın təmas xəttini keçən erməni əsgəri geri qaytarması ilə bağlı atdığı humanitar jesti alqışlayırıq". Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "twitter" səhifəsində yazıb. Xatırladaq ki, 22 mart 2015-ci il tarixdə təmas xəttini keçərək Azərbaycan hərbçilərinə könüllü təslim olan erməni əsgər Andranik Araratoviç Qriqoryan noyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00