Eldar Nuriyevə "Vətənə xidmətə görə" ordeni verildi
19 Noyabr 2015 18:36 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Eldar Nuriyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Eldar Qasım oğlu Nuriyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, E.Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00