Ermənistan parlamentinin Nalbandyanın iştirakı ilə keçirilən qapalı iclasında Lavrovun səfəri müzakirə olunur
19 Noyabr 2015 16:33 SiyasətErmənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə qapalı iclas keçirilir. APA-nın "news.am"a istinadən verdiyi məlumata görə, görüşdə xarici əlaqələr üzrə komissiyanın üzvləri, AŞPA-dakı nümayəndə heyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın rəhbəri Koryun Naapetyan iştirak edir. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinin müzakirə olunacağı gözlənilir. Bəzi məlumatlara görə, S. Lavrovun səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00