MSK Milli Məclisə keçirilən seçkilərin nəticələrinin yoxlanılmasına yekun vurub

Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrini müəyyən edib və seçkilərin ümumi yekunlarına dair protokolların tərtib edilməsinə qərar verib. Trend-in məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O qeyd edib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 17 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Biinəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə bəzi seçki məntəqələrində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi dairələr üzrə ümumi nəticəyə təsir etməyib.

Bunlar nəzərə alınaraq, seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi barədə qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00