MSK bu dairədə təkrar seçki keçirəcək – Rəsmi
18 Noyabr 2015 15:24 SiyasətMərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Şahin Əsədli axar.az-a bildirib ki, seçkilərin nə zaman keçiriləcəyi haqda rəsmi açıqlama olacaq. Onun sözlərinə görə, hələlik bu dairə üzrə keçiriləcək təkrar seçkilərin vaxtı dəqiqləşməyib. Yada salaq ki, Mərkəzi Seçki Komissiyası 90 saylı dairənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib. Bu dairənin lideri Milli Məclisin keçmiş deputatı Çingiz Əsədullayev idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00