BAK terroru pisləyən bəyanat yaydı

Benilüks Azərbaycanlıları Konqresi noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayaraq, yüzlərlə insanın həyatına son qoyan faciəli hadisələrin onları sarsıtdığını bildirib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, bəyanat müəllifləri hesab edir ki, milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq formaca müxtəlif, mahiyyətcə eyni olan zorakılıqlar, kütləvi insan tələfatına səbəb olan terror əməliyyatları insanlığa sığmayan bir addımdır: "Vətənimiz Azərbaycanın da zaman-zaman terror aktlarına məruz qalması səbəbindən fransız xalqının yaşadığı faciənin böyüklüyünü yaxşı dərk edirik".
Bəyanatda deyilir ki, BAK olaraq dünyanın harasında baş verməsinə fərq qoymadan bu cür təcavüzkarlıqları, terror əməliyyatlarını pisləyir, dünya xalqlarını haqsızlığa, terror aktlarına qarşı birgə mübarizəyə çağırır, eləcə də, sülh və əmin-amanlıq şəraitində birgə yaşayışın, təhlükəsizliyin təmin olunması üçün birləşməyə çağırırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00