Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib

Bu gün Naxçıvan şəhərində V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib. APA-nın məlumatına görə, sessiya saat 11:00-da başlayıb. Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri seçilib.

Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə seçkilər keçirilib və 45 deputat seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00