Səfir: “Gələn həftə ABŞ-dan yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir”

"Gələn həftə ABŞ-dan olan ticarət missiyasının və yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir".  APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.  Onun sözlərinə görə, hansı nümayəndə heyətinin gəlməsindən asılı olmayaraq, onlar 2 ölkə arasında ümumi əlaqələrə toxunur: "Bəzən xüsusi sahələrə də diqqət ayrılır. Amma kimin gəlməyindən asılı olmayaraq, ölkələrimizin əməkdaşlıq etdiyi 3 əsas sahə - insan haqları, demokratiya təhlükəsizlik və iqtisadiyyat sahəsində müzakirələr aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00