Ümid Partiyası 2016-cı ili quruculuq ili elan etdi

Ümid Partiyasının Rəyasət Heyəti növbəti toplantısını keçirib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda noyabrın 1-də keçirilmiş parlament seçkiləri, seçkilər zamanı yaranmış problemlər, qarşıda duran vəzifələr, gələcək fəaliyyət proqramı və başqa məsələlər müzakirə olunub. İclasda qərara alınıb ki, partiya bundan sonrakı fəaliyyətində də tutduğu siyasi xətti yürütməkdə davam etsin və partiyanın rayon şöbələrinin təşkilatlanması sürətləndirilsin. Yığıncaqda həmçinin 2016-cı il partiyanın quruculuq ili elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00