Silahlı qüvvələr beynəlxalq tədbirdə iştirak edəcək
16 Noyabr 2015 11:33 SiyasətNoyabrın 17-dən 19-dək Almaniya Federativ Respublikasının Ramşteyn şəhərində "NATO-da hərbi tərəfdaşlıq fəaliyyətlərinin koordinasiyası prosesi" mövzusunda işçi görüşü keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00