İlham Əliyevlə Obama arasındakı qısa söhbət VIDEO

Dünən  Türkiyənin Antalya şəhərindəki G20 sammiti çərçivəsində Azərbaycan və ABŞ prezidentləri İlham Əliyevlə Barak Obama arasında qısa söhbət olub.

Prezidentlər sammit çərçivəsində ənənəvi xatirə şəkli çəkdirmək üçün düzüləndə əl tutub görüşüblər.

Türkiyə KİV-lərinin yaydığı videokadrlardan da göründüyü kimi, İ.Əliyevlə B.Obama qısa çəkən görüş zamanı bir-birlərinə qarşılıqlı şəkildə nəsə deyirlər.

"Sizi görməyimə şadam, cənab prezident. İşləriniz necədir?" - deyə Barak Obama İlham Əliyevə müraciət edir.

İ.Əliyev isə B.Obamaya cavab verərək keçir və digər iştirakçılarla görüşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00