Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb VIDEO
13 Noyabr 2015 12:32 SiyasətNoyabrın 12-də axşam saatlarında Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. APA-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin məlumata əsasən düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00