Malena Mard: "Arif Yunus barəsində qəti imkan tədbirinin dəyişdirilməsi qərarını alqışlayıram"
13 Noyabr 2015 11:05 Siyasət"Bakı Apellyasiya Məhkəməsinin tarixçi və insan hüquqları sahəsi üzrə fəal Arif Yunus barəsində qəti imkan tədbirinin dəyişdirilməsi və humanist əsaslarla onun ev dustaqlığına buraxılması qərarını alqışlayıram".Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu sözləri nümayəndəliyin rəhbəri Malena Mard deyib."Bu, sevindirici hal və müsbət humanist əməldir. Bu irəliləyişin davam edəcəyinə ümid edirəm. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanla müvafiq dialoq və əməkdaşlığı daha da dərinləşdirməyə və genişləndirməyə hazırdır", - deyə Malena Mard qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00