Əli Abbasov vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Əli Abbasovun Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00