AŞPA Komitəsində Azərbaycandakı seçkilərlə bağlı yekun hesabat təqdim ediləcək

Noyabrın 26-27-də Sofiyada AŞPA Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. Gün.Az AŞPA-nın saytında istinadən xəbər verir ki, iclaslar zamanı gələn il 25-29 yanvar tarixlərində baş tutacaq qurumun qış sessiyasının gündəliyi müzakirə olunacaq. Noyabrı 27-də Daimi Komitənin iclasında isə noyabın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı alt komitənin yekun hesabatı təsdiqlənəcək. Bundan başqa, Qırğızıstan, Belarus, Ukrayna, Türkiyədəki seçkilərlə bağlı da yekun hesabatların təsdiqlənməsi komitənin gündəliyinə daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00