ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyanın xarici işlər naziri ilə görüşüblər

"Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə etmək üçün görüşməkdən məmnun olduq". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. Xatırladaq ki, Almaniya gələn il ATƏT-ə sədrlik edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00