Azərbaycan prezidenti Bakıda BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi üçün 3,5 milyon manat ayırıb
11 Noyabr 2015 18:28 SiyasətAzərbaycan prezidenti İlham Əliyev 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, forumun Bakıda təşkili üçün Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00