"Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Noyabrın 26-27-də Tbilisidə 6-cı Qeyri-Formal Şərq Tərəfdaşlığı Dialoqu keçiriləcək. Avropa Komissiyasının Genişləndirmə və qonşuluq siyasəti üzrə ofisindən APA-ya verilən məlumata görə, komissar Yohannes Hanın da qatılacağı görüşdə Azərbaycan da daxil olmaqla, "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan 6 ölkənin xarici işlər nazirləri və yüksək vəzifəli şəxsləri iştirak edəcək. Məlumata əsasən bu dialoq hər altı aydan bir "Şərq Tərəfdaşlığı" ölkələrindən birinin ev sahibliyi ilə keçirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00