Rəsmi açıqlama: Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi özəl danışıqları dinləməklə məşğul deyil

Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur. Nazirliyin məlumatında o da bildirilir ki, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafovun qurumun Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00