Həmsədrləri Dağlıq Qarabağ münaqişəsindən geosiyasi məqsədləri üşün faydalanmaq niyyətindədirlər
10 Noyabr 2015 13:14 SiyasətRobert Uolterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" hazırladığı məruzənin AŞ PA-nın Siyasi Məsələlər Komitəsində təsdiqlənməsindən narahat olan təkcə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyilmiş. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İrəvanda bundan narazılığını dilə gətirib. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Sahib Alıyevin fikirncə Lavrovun sözlərindən bəlli olub ki, Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini bundan sonra da öz inhisarlarında saxlayıb ondan geosiyasi məqsədləri üşün faydalanmaq niyyətindədirlər: "Əgər həmsədrlər digər qurumların bu məsələnin həllində yolunu kəsir və ya Lavrov dediyi kimi ya açıq şəkildə işğalçının arxasında olduqlarını bildirir, ya da Amerika və Fransa kimi bunu çeşidli yollarla əl altdan edirlərsə, deməli "münaqişə tərəfləri" anlayışına yenidən baxmaq lazımdır. Görünən budur ki, münaqişədə iki tərəf var. biz və ermənilər deyil, erməni havadarları. Yəni hazırda Minsk qrupuna həmsədrlik edən dövlətlər".