Saakaşvilidən qorxulu proqnoz

"Hakimiyyət iflic vəziyyətinə düşəcək"

Büdcə pulları büdcəyə daxil olmadan oğurlanır.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili "112 Ukrayna" telekanalına danışarkən deyib.

Eks-prezidentin sözlərinə görə, əgər yaxın gələcəkdə gömrükdə ciddi dəyişikliklər baş verməsə, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq. Bununla da hakimiyyət iflic vəziyyətinə düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00