Uorlik: “Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilməzdən öncə həmsədrlərlə məsləhətləşmələr aparılmalıdır”
6 Noyabr 2015 15:22 Siyasət"AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı hesabatlar və ya qətnamələr qəbul etməzdən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməlidir". APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik özünün "twitter" səhifəsində yazıb.
Qeyd edək ki, AŞPA-nın Siyasi məsələlər komitəsində Robert Volterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" məruzəsi qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00