Sahib Alıyev: "Ermənilərin dostluqdan danışması məkrli siyasətdir" AÇIQLAMA
5 Noyabr 2015 12:55 Siyasət"Ermənilərin istədiyi o idi ki, Dağlıq Qarabağ onların nəzarəti altında olsun. İndiki vəziyyətdə isə defakto olaraq nəinki Dağlıq Qarbağ, Azərbaycanın daha 7 rayonu erməni işğalı altındadır. Belə bir vəziyyətdə Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyansın Rusiyada yaşayan azərbaycanlıları dostluğa dəvət etməsi onların məkrli siyasətidir". Bu sözləri SİA-ya açıqlamasında yenidən millət vəkili seçilmiş Sahib Alıyev deyib. O, məqsədlərinə çatdıqları üçün istənilən erməninin "göyərçin" libasında görünməsinin təbii olduğunu qeyd edib: "Göyrəçinlik onunla bağlı olmalıdır ki, Rusiyadakı ermənilər Ermənistandakı rəhbərliyə səslənsinlər ki, iki xalq sülh, əminamanlıq şəraitində yaşamaq istəyirsə, Azərbaycan torpaqlarından çəkilməlidirlər. Hazırkı vəziyyətdə dostluqdan danışmaq isə sadəcə məkrli siyasətdir".