Deputatımız QDİƏT-nın tədbirinə qatılacaq

Noyabrın 5-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslər Komitəsinin və Parlament Məclisinin daimi Komitəsinin birgə iclası, həmçinin QDİƏTPM-in reqlamenti üzrə işçi qrupunun toplantısı keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, tədbirlərdə bu təşkilatın sədr müavini, Milli Məclisin bu qurumdakı nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən deputat Musa Quliyev iştirak edəcək. İclasda gələcək əməkdaşlığın möhkəmləndirilməsi məsələləri üzrə birgə fəaliyyət planı, təşkilatın reqlamentinə təklif olunan dəyişikliklər və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputat Musa Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00