Ayxan Dəmirçi: Azərbaycan bu seçkilərlə demokratiya yolunda daha bir addım atdı
4 Noyabr 2015 11:40 Siyasət"Azərbaycanda baş tutan seçkilərdə xalqın uğurlu seçim etdiyinə inanıram. Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratiya yolunda mühüm addımlar atıb". Bu sözləri Secki-2015.az saytına açıqlamasında Azərbaycan -Belçika Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi bildirib. Qurum rəhbəri bəzi Avropa ölkələrinin Azərbaycana təzyiqlərini haqsız adlandırb. Onun sözlərinə görə, bu addımlar Azərbaycana qarşı edilən qarayaxma kampaniyasının tərkib hissəsidir: "Bəzi Avropa ölkələrinin Azərbaycana təzyiq cəhdləri müstəmləkəçilik planlarından qaynaqlanır. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi bəzi dairələrə sərf etmir". A.Dəmirçi qeyd edib ki, Azərbaycan Şərqdə qadına ilk səsvemə hüququ verən ölkədir: "Azərbaycandan fərqli olaraq Avropa ölkələrində hələ də ksenofobiya, anti-semitizm halları müşahidə olunmaqdadır. Niyə həmin ölkələrə təzyiq etmirlər? Yersiz təəssübkeşlik demokratiya və haqq-ədalət anlayışında qəbul olunmazdır. İnanıram ki, son parlament seçkiləri Azərbaycan xalqına və dövlətinə uğurlar gətirəcək. Qəbul olunacaq qanunlar millətinizin rifahına xidmət edəcək".