Premyer Liqa klubunda yeni baş məşqçi
3 Noyabr 2015 18:45 Siyasətİngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa"nın yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Remi Qard çalışdıracaq. Fransalı mütəxəssis Birmingem təmsilçisi ilə 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Qard baş məşqçi vəzifəsində ötən həftə istefaya göndərilmiş Tim Şervudu əvəzləyib.
Qeyd edək ki, "Aston Villa" İngiltərə Premyer Liqasında geridə qalan 11 turdan sonra 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00