Həmsədrlər iyulun 21-də Azərbaycana gələcəklər
10 İyul 2015 19:16 SiyasətATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərinin vaxtı açıqlanıb. APA-nın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarovbildirib ki, vasitəçilər iyulun 20-də Ermənistana, iyulun 21-də isə Azərbaycana səfər edəcəklər.
Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00