Azay Quliyev: "ATƏT PA Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək"

ATƏT Parlament Assambleyasının (PA) müşahidə missiyasının noyabr ayında Azərbaycanda keçiriləcək seçkilərdə iştirakı ilə bağlı müsbət qərar verilib. Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. A. Quliyevin sözlərinə görə, Azərbaycan tərəfdən göndərilmiş dəvət məktubuna qurumun sessiyası çərçivəsində baxılıb: "ATƏT PA-nın nümayəndə heyəti müşahidə missiyası qismində parlament seçkilərində iştirak edəcək".

Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədov iyunun 18-də ATƏT PA-nın prezidentinə noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində qurumun müşahidə missiyasının iştirakı ilə bağlı dəvət məktubu göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00