“Arif Hacılı reallıq hissini itirib”

Hüseyn Məlik: “Onun susqunluğu heç kimdə sual yaratmayacaq”

"Arif Hacılı reallıq hissini itirib". "Olaylar"ın məlumatına görə, ADR hərəkatı İdarə Heyətinin üzvü, sabiq müsavatçı Hüseyn Məlik belə deyib. "2003 - cü il prezident seçkilərində "Bizim Azərbaycan" blokunun prezidentliyə namizədi İsa Qəmbərin televiziya çıxışı zamanı fəxrlə nümayiş etdirdiyi Qubad İbadoğlunun rəhbərliyi ilə hazırlanmış iqtisadi islahatlar proqramını danmaq reallıq hissini itirmiş Arif Hacılının Allahı danmaq qədər münafiqliyindən irəli gələn məsələdir. Bu mən yaxşı tanıdığım Arif Hacılının xarakterınə uyğundur. Məclisdə iştirak edən məclis üzvü İsa Qəmbərin susması haqqında mən heç nə demək istəmirəm. Çox yaxın zamanlarda bu susqunluq heç kimdə sual yaratmayacaq", - deyə H. Məlik qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00