“Müsavat üçün itki olacaq” – Rauf Arifoğlunun getmək istəyinə REAKSİYA
9 İyul 2015 18:10 Siyasət"Mən hər iki şəxsi Müsavat Partiyasının ən önəmli və dəyərli simaları hesab etmişəm". Bunu Azadinform-a Müsavat Partiyasının Divan üzvü Razim Əmraslanlı "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və redaktor Xalid Kazımlının partiya sıralarından gedəcəyi haqqında məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, onlar Müsavat Partiyasının güclənməsində, Müsavat ideologiyasının təbliğində müstəsna rol oynayıblar: "Partiyadan getmək arzularını ifadə ediblər. Hələ ki, rəsmi qərar yoxdur. Gedəcəklərsə, Müsavat üçün itki olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00