“Azərbaycan Saakyanın Lononda səfəri ilə bağlı BMT-yə müraciət etməlidir”
Qabil Hüseynli: “Bu, beynəlxalq hüquq normaları və onun mühüm prinsipləri olan ərazi bütövlüyü məsələsinin ayaqlar altına atılıb tapdalanmasıdır”
9 İyul 2015 16:03 Siyasət"Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın dövlət səviyyəsində Fransa və İngiltərəyə dəvət olunması qanunsuzdur". "Olaylar"a açıqlamasında politoloq Qabil Hüseynli belə deyib. Q. Hüseynlinin sözlərinə görə, Avropa İttifaqı ölkələrinin bir neçə gün əvvəl keçirilən iclasında İkinci Dünya Müharibəsindən sonra Avropada formalaşmış sərhədlərin pozulmaması haqqında bəyanat verdilər: "İngiltərə də həmin bəyanatı səsləndirənlər arasındaydı. İngiltərə əslində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkədir. İndi London separatçını öz ölkəsinə dəvət edir və ona dövlət başçısı səviyyəsində protokol qaydaları tətbiq edir. Bu, beynəlxalq hüquq normaları və onun mühüm prinsipləri olan ərazi bütövlüyü məsələsinin ayaqlar altına atılıb tapdalanmasıdır. Həmçinin bu, Azərbaycana qarşı yönəldilmiş təxribatın bir formasıdır, bu da son dövrlərdə meydana çıxıb. Azərbaycan bununla bağlı BMT-yə müraciət etməli və bu ölkələr haqqında ölçü götürülməsini tələb etməlidir". ("OLAYLAR" İA)