““Azadlıq” Əbülfəz Qurbanlının istefasını görməzlikdən gəlir” – Rauf Arifoğlu

"Azadlıq" qəzeti və saytı Əbülfəz Qurbanlının, təşkilatın sədr müavininin, Əli Kərimlinin ən xas adamının şox qəribə istefası barədə bir sətir belə yazmayıb". "Olaylar"ın xəbərinə görə, bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib. "Baş redaktor həmkarım hörmətli Əli Kərimli qoymayıb.Amma Müsavat Partiyasından sıravi bir üzv də gedəndə, dərhal sayta, sabahısı da qəzetə qoyurlar. Sonra da onu danışdırırlar. Bir qəzeti siyasətçi yönəldəndə, ortaya bu cür absurd, gülünc nəticələr çıxır. Azadlıq Radiosu da mənim ehtimal olunan, hələ baş verməmiş istefama dair anonsu həvəslə dərc edir, lakin AXCP sədr müavininin istefa xəbərini yayınlamır, bu boyda faktı görməzdən gəlir. Sizcə, Radio niyə belə edir?", - deyə R. Arifoğlu qeyd edib. Xatırladaq ki, AXCP sədrinin müavini Əbülfəz Qurbanlının istefası nə "Azadlıq" qəzeti, nə də eyniadlı radio tərəfindən işıqlandırılmayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00