Qarabağdakı separatçı rejimin başçısı Lononda niyə çağırıldı?

Erkin Qədirli: “Orada Bako Saakyanın hara işlədiyini bilirlər”

"Bako Saakyanın "Chatham House" tərəfindən Londona çağırılması siyasi məqsəd daşıyır". "Olaylar"ın məlumatına görə, Dağlıq Qarabağdakı separatçı rejimin "başçı"sı Bako Saakyanın "Chatham House"nin toplantısında dəvət edilməsinə münasibət bildirən "Real" Hərəkatı idarə heyətinin üzvü Erkin Qədirli belə deyib. E. Qədirli qeyd edib ki, B. Saakyan "Chatham House" kimi nüfuzlu akademik təşkilatı maraqlandıra biləcək düşüncə adamı deyil: "Siyasi proseslərə birbaşa təsiri olan birisi də deyil. Londonda bunu çox yaxşı bilirlər. Bununla belə, onu dəvət edirlərsə, deməli siyasi səbəbləri, daha doğrusu məqsədləri var". "Chatham House"nin müstəqil təşkilat olduğunu deyən Erkin Qədirlinin sözlərinə görə, bu quruma kobud güclə təsir etmək, ya da yersiz sifariş vermək mümkün deyil: "Amma bu, o demək deyil ki, "Chatham House" kənardan məsləhətləri və sifarişləri ümumiyyətlə almır. Alır. Hərdən onları nəzərə alır, hərdən almır. Bu dəfə nəzərə almağa və Bako Saakyanı çağırmağa qərar verdilər. Xarici İşlər Nazirliyi haqlı olaraq etiraz etmişdi bu dəvətə. Belə gedişlərə mütləq etiraz bildirilməlidir. Bako Saakyan orada yeni bir nəsə deyəsi deyil. Londonda onun kimə bağlı olduğunu yaxşı bilirlər. Bako Saakyan heç İrəvana birbaşa bağlı deyil. Onu Moskvadan idarə edirlər". E. Qədirli bildirib ki, Azərbaycanla Qərb arasında soyuq münasibətlərin olduğu vaxta Bakı Saakyanın Londona çağrılması maraqlı gedişdir. O, separatçı liderin həmçinin bundan əvvəl Fransanın paytaxtı Parisə çağrıldığını da xatırladıb. Erkin Qədirli bununla Qərb ölkələrinin münasibətləri qaydasına salınması üçün Azərbaycana mesaj verdiklərini vurğulayıb. E. Qədirlinin sözlərinə görə, Qafqaza sahiblik, ya da ən azından Qafqaza nüfuz etmək uğrunda ciddi çalışmalar var, bu çalışmaların tarixi də böyükdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00