Polad Bülbüloğlu: Kazarnovskaya Dağlıq Qarabağa getməklə bütün normaları pozdu
8 İyul 2015 18:09 SiyasətRusiyanın opera müğənnisi Lyubov Kazarnovskaya qondarma "Dağlıq Qarabağ respublikası"na səfər etməklə bütün mövcud beynəlxalq normaları pozdu. Trend-in məlumatına əsasən, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Səfir qeyd edib ki, Azərbaycan hökumətinin bu qərarı nəinki yaradıcılığına hörmət etdiyimiz L.Kazarnovskayaya, eyni zamanda, peşəsindən asılı olmayaraq beynəlxalq normaları pozan hər kəsə aid edilir. P.Bülbüloğlu əlavə edib ki, tanınmamış ərazilərə - Dağlıq Qarabağ isə Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayıb - səfər etmək yalnız müvafiq ölkə hökumətinin, indiki halda Dağlıq Qarabağı heç vaxt tanımayan Azərbaycan hökumətinin icazəsi ilə həyata keçirilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00