AXCP-dən daha bir istefa

Əbülfəz Qurbanlı partiyadan getdi

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiya sıralarından istefa verib. Bununla bağlı o, özü facebook sosial şəbəkəsində yazıb: "Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var". Ə. Qurbanlı partiyadaşlarından üzr istəyib: "Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00