Ceyms Uorlik: ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun sonunda regiona səfər edəcək
8 İyul 2015 16:28 SiyasətATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) iyulun sonunda regiona səfər edəcək. Bu barədə Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib. Bu yaxınlarda Vaşinqtonda həmsədrlərin görüşünü şərh edən diplomat qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nizamlanmasında vasitəçilərin səyləri müzakirə edilib. O həmçinin bildirib ki, həmsədrlər ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ hökumətinin digər yüksək vəzifəli şəxsləri ilə görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00