“Müsavat ailə partiyasına çevrilir”

Məhəbbət Muradov: “Az qaldı, maskanız cırılacaq”

"Müsavatı qaragüruh və ailə partiyasına çevirənlərin kimliyə bəlli olacaq". "OLAYLAR"ın məlumatına görə, belə bir fikirlə ADR Hərəkatının üzvü Məhəbbət Muradov çıxış edib. "Müsavatın hazırkı rəhbərliyi çox deyirdi ki, Qubad İbadoğlu hakimiyyətdən öhdəlik alıb, Müsavatı parçalayır. Mükafat olaraq da ona parlamentə mandat verəcəklər. Parlamentə düşmək üçün partiyanı dağıtdı deyənlər gözlərin böyük açıb Qubad bəyin son müsahibəsini oxusunlar. Qubad İbadoğlu seçkilərdə iştirak etməyəcəyini açıqladı. Açıq şəkildə bəyan etdi ki : "Mənim üçün proses deyil, nəticə önəmlidir. Nəticəyə isə nə yolla olursa olsun mən parlamentdə təmsil olunum düşüncəsi ilə nail olmaq niyyətində deyiləm". Qubad bəy, Müsavatda da, Azərbaycanda da ədalətin, haqqın davasını aparır. Gəlin, baxaq, görək sizlər nə edəcəksiz. Görək partiyanı mandat üçün dağıdanlar, ziyalı ordusundan azad edənlər, qaragüruh partiyasına, ailə partiyasına çevirənlər kimlərdir?! Az qaldı! Maskanız cırılıb, biz bilirik. Yaxın zamanda ictimaiyyətin sadə hissəsi də biləcək", - deyə M. Muradov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00