Qubad İbadoğlu Parlament seçkilərində iştirak etməyəcək
8 İyul 2015 12:27 Siyasət"2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm". Bu barədə ADR Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib. "2010-cu il parlament seçkilərində də namizədliyimi irəli sürmək istəmirdim.Sadəcə, o zaman partiyalı olduğuma görə üzv olduğum partiyanın qərarlarına hörmət əlaməti olaraq, namizədliyimin irəli sürülməsinə razılıq vermişdim. Azərbaycanın mövcud qanunlarına görə ictimai hərəkatlar seçkilərdə iştirak edə bilməzlər. Biz bu təşkilatı quranda da bəyan etmişdik ki, ADR hərəkatı olaraq qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyik. Lakin bu, o demək deyil ki, ADR-in üzvləri də seçkilərə qatılmayacaq. Kimlərsə fərdi qaydada namizədliyini irəli sürəcəksə, biz onun şəxsi təşəbbüsünə sayğı ilə yanaşacağıq", - deyə Q. İbadoğlu qeyd edib. ("OLAYLAR" İA)